
Böyük fərəh və qürur hissi ilə nəzərinizə çatdırırıq ki, Lənkəran Dövlət Universitetinin təsis etdiyi Technical and Agrarian Sciences (Texnika və Aqrar elmləri) Beynəlxalq Elmi-Praktiki jurnalı BMT-nin Beynəlxalq Kənd Təsərrüfatı və Ərzaq Təşkilatının (FAO) AGRİS beynəlxalq xülasələndirmə və indeksləmə sisteminə (bazasına) daxil edilmiş və ona AGRİS – AZ7 identifikasiya kodu verilmişdir.
LDU-dan AzEdu.az-a bildirilib ki, jurnalın Web səhifəsi- https://lsu.edu.az/new/eng/index.php budur.
Mənbə: https://www.fao.org/agris/data-provider/lankaran-state-university
Məlumat üçün bildiririk ki, AGRİS beynəlxalq xülasələndirmə və indeksləmə sistemi (bazası) Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının texnika, aqrar və biologiya elm sahələri üzrə təsdiq etdiyi dövri elmi nəşrlərin daxil olduğu beynəlxalq xülasələndirmə və indeksləmə sistemlərinin (bazalarının) siyahısına daxildir.
Bu xoş hadisə münasibətilə Lənkəran Dövlət Universitetinin kollektivini, jurnalın Redaksiya heyətini və oxucularını təbrik edir, bu işdə əməyi olan hər kəsə təşəkkür edirik.