Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-07-13 09:12:06
Məktəb binası uçdu, 20-dən çox şagird öldü

Nigeriyada məktəb binasının bir hissəsi dərs zamanı uçub, nəticədə 21 şagird həlak olub.

 

AzEdu.az xəbər verir ki, bu barədə “Agence France-Presse” Nigeriya Qırmızı Xaç Cəmiyyətinin nümayəndəsi Nuruddin Hüseyn Maqaciyə istinadən məlumat yayıb.

 

Onun sözlərinə görə, hadisə nəticəsində 21 şagird ölüb, daha 69 nəfər xəsarət alıb və xəstəxanaya yerləşdirilib.

 

Nigeriyanın “Channels” telekanalı dağıntılar altında 70-ə qədər məktəbli və müəllimin qala biləcəyini iddia edib. Hadisə yerində xilasetmə qrupları və hərbçilər işləyir. Ümumilikdə məktəbdə min şagird təhsil alır.