
AzEdu.az Təhsil Portalı “Tarixdə bu gün” rubrikasına davam edir.
15 iyul tarixində baş vermiş əhəmiyyətli, maraqlı hadisələrə nəzər salaq.
15 İyul Ümumdünya Gənclərin Bacarıqları Günüdür:
BMT Baş Assambleyasının 2014-cü ilin dekabrında qəbul etdiyi qətnaməyə (A/RES/69/145) əsasən, hər il iyulun 15-i Ümumdünya Gənclərin Bacarıqları Günü (World Youth Skills Day) kimi qeyd olunur.
Bu əlamətdar tarixin təsis edilməsində əsas məqsəd gənclərin bacarıqlarının inkişaf etdirilməsinə yönəldilən sərmayələrin əhəmiyyəti haqqında məlumatlılıq səviyyəsinin yüksəldilməsi, işsizlik və tam məşğulluğun təmin edilməməsi kimi problemlərin həlli üzrə gənc insanların sosial-iqtisadi şəraitlərinin yaxşılaşdırılmasından ibarətdir.
15 iyul 2016-cı ildə Türkiyə hökumətinin içinə sızan FETÖ terror təşkilatı üzvləri çevriliş cəhdi etdi:
Paytaxt Ankarada TRT binaları basıldı, özünü "Yurdda sülh şurası” adlandıran FETÖ terror təşkilatı üzvlərinin hazırladığı mətn silah gücünə oxutduruldu.
FETÖ qiyamçıları Türkiyə Böyük Millət Məclisi (TBMM), Ankara Təhlükəsizlik Müdirliyi və Xüsusi Hərəkat Departamentini bombaladılar. Xalq çevrilişə sinə gərdi, 251 nəfər şəhid oldu. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın çağırışıyla küçəyə çıxan milyonlarla vətəndaş çevrilişə "Dur" dedi.
Çevriliş cəhdinə qarışan və dəstək verən yüzlərlə FETÖ üzvü həbs olundu.
15 iyul 1952-ci ildə Azərbaycanda “Kirpi” satirik jurnalı çap olunmağa başladı:
Bu mətbu orqanı əsasən Sovet cəmiyyətində özünü göstərən naqislikləri işıqlandırır, satira atəşinə tuturdu.
15 iyul 1915-ci ildə Azərbaycanın xalq rəssamı, heykəltaraş Cəlal Qaryağdı anadan olub:
Onun milli üslubda yaratdığı Sovet İttifaqı Qəhrəmanları - Həzi Aslanov, İsrafil Məmmədov, Adil Quliyevin büstləri, Natəvanın barelyefi, Nəriman Nərimanov, Mirzə Ələkbər Sabir, Qara Qarayev və Fikrət Əmirovun heykəlləri müəlllifə böyük şöhrət qazan