Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-07-16 09:15:06
“Tarixdə bu gün” - 16 iyul...    

AzEdu.az Təhsil Portalı “Tarixdə bu gün” rubrikasına davam edir.

 

16 iyul  tarixində baş vermiş əhəmiyyətli, maraqlı hadisələrə nəzər salaq.

 

Azərbaycan Respublikası Prezidentinin 1992-ci il 16 iyul tarixli 50 nömrəli fərmanına əsasən qymətli metalların, daş-qaşların və onlardan hazirlanmış məmulatın və digər əşyaların qəbulu, saxlanılması və uçotu üçün yaradılıb:

 

Ancaq Milli Ləl-Cəvahirat Fondu Azərbaycan Respublikası Prezidentinin 20 avqust 1998-ci il 759 nömrəli fərmanı ilə ləğv edilib.

 

 

16 iyul 1989-cu ildə Azərbaycan Xalq Cəbhəsi təsis olunub və "Elçibəy" təxəllüslü Əbülfəz Əliyev sədr seçilib:

 

Azərbaycan Xalq Cəbhəsi faktiki olaraq, 1989–1993-cü illərdə Azərbaycandakı ictimai-siyasi proseslər üzərində əhəmiyyətli təsirə malik olmuşdur. Bunun nəticəsi kimi, Azərbaycan SSR Ali Sovetində 45 deputatla təmsil olunmuş, 1992-ci ilin mayında Azərbaycanda hərbi dövlət çevrilişireallaşdıraraq hakimiyyəti ələ almış və həmin ayda keçirilən Prezident seçkilərində namizədi Əbülfəz Elçibəylə qalib olmuşdur.

 

 

Norveç Qütb tədqiqatçısı, ilk dəfə it qoşqusunda Cənub Qütbünə gedib çıxan Rual Amundsen (Roald Engelbregt Gravning Amundsen) 1872-ci ilin 16 iyulunda anadan olub:

 

1928-ci ilin bu günü Fransanın “Latam” hidrotəyyarəsində Nobile ekspedisiyasını axtarmağa uçan Amundsen barədə elə o vaxtdan heç bir məlumat alınmayıb.