Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-07-16 12:18:00
UNEC-in tələbəsi vəfat edib - YENİLƏNDİ

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) III kurs tələbəsinin vəfat səbəbi bəlli olub.

Azərbaycan Dövlət İqtisad Universitetindən (UNEC) AzEdu.az-a bildirilib ki, İmran Cəbrayılov ötən gün dənizdə batıb:

 

"İmran 554 bal ilə universitetə daxil olmuşdu. Çox fəal tələbə idi. Dərslərini yaxşı oxuyur və məsuliyyətli idi. Üzücü xəbər oldu. Universitetimiz üçün ağır itki oldu. Çox kədərləndik. Ailəsi ilə birlikdə Nardaranda yaşayırdı. Ailəsinə başsağlığı verib, səbr diləyirik".

 
10:46
 
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) tələbəsi vəfat edib.  
 
AzEdu.az xəbər verir ki, bu barədə universitetdən xəbər verilib.
 
Bildirilib ki, O, “Maliyyə və mühasibat” fakültəsinin "Maliyyə" ixtisası üzrə təhsilin III ili, 682 saylı qrup tələbəsi Cəbrayılov İmran Əli oğlu faciəvi şəkildə vəfat edib.
 
Allah rəhmət eləsin!