Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-07-05 17:27:00
Qarabağ və Zəngəzurun mədəni irsi təbliğ olunur 

Otuz ilə yaxın işğal dövründən sonra Azərbaycan hökuməti Qarabağda sürətli yenidənqurma və abadlaşdırma layihələrini aparır.

 

AzEdu.az xəbər verir ki, bu quruculuq və abadlıq işləri sırasında işğal dövründə ciddi ziyan görmüş mədəni abidələrin bərpa-konservasiya işləri də mühüm yer tutur. 

 

Milli Məclisin deputatı, tarixçi Musa Qasımlı “İrəvana doğru” proqramına müsahibəsində deyib ki, ermənilər tarix boyu Azərbaycanın qədim məbədlərini mənimsəyiblər, işğal müddətində hansısa tikinti işi əvəzinə tarixi əhəmiyyəti olan aibdələri dağıdıblar, Ağdam Cümə məscidində donuz saxlayıblar. Qubadlının Məmər kəndindəki XVIII əsrə aid məscid, həmçinin 1683-ci ildə Füzuli rayonunun Qarğabazar kəndində inşa edilən Şah Abbas məscidi də dağıdılaraq heyvan tövləsinə çevrilib:

 

“Biz heç kilsəyə də ayaqqabı ilə girmirik. Məscidi donuz tövləsinə çevirmək olar? Bunu özlərini yüksək pafosla mədəni adlandıran millət edib. Ona görə də ermənilərin müasir dünyada qətiyyən mədəniyyətdən, demokratiyadan, insanlıqdan danışmağa mənəvi haqları yoxdur”.

 

Qeyd edək ki, “İrəvana doğru” proqramının son dörd buraxılışı məhz Qarabağ və Zəngəzur mədəniyyətinə, tarixi abidələrinin təbliğinə həsr edilib. Bu silsilə verilişlər Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin  maliyyə dəstəyi ilə “Tərəfsiz (Parlament) Jurnalistlər” İctimai Birliyi tərəfindən icra edilən “Qarabağın və Zəngəzurun zəngin mədəni irsinin beynəlxalq və yerli mediada təbliği” layihəsi çərçivəsində hazırlanıb.
Layihə çərçivəsində hazırlanan digər verilişlərdə tarix elmləri doktoru, professor Fəzail Ağamalı və Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədrinin müşaviri Sayman Aruz, Prioritet” Sosial İqtisadi Araşdırmalar Mərkəzi İctimai Birliyinin sədri, politoloq Zaur İbrahimli, pedaqogika üzrə fəlsəfə doktoru Lalə Mikayılzadə, professor Siyasi elmlər üzrə fəlsəfə doktoru; Türkiyənin Erciyes Universitetində ermənişünaslıq bölümü başqanı, Azərbaycan-erməni Araşdırmaları Mərkəzinin rəhbəri Qafar Çaxmaqlı, tarixçi Akif Nağı və tədqiqatçı Zaur Əliyev qonaq olublar.

 

Onlar Zəngəzurun tarix, qədim Qarabağ torpaqlarında mövcud arxeoloji abidələr,  mədəni bidələr, musiqisi və mətbəxi, digər adət ənənələri haqqında geniş məlumat veriblər.