Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-08-05 09:30:00
Kolleclərə ixtisas seçimi bu gün YEKUNLAŞIR

Ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) ixtisas seçimi 5 avqust saat 23:59-dək davam edəcək.

 

Dövlət İmtahan Mərkəzindən AzEdu.az-a  verilən xəbərə görə, ixtisas seçiminə qəbul (buraxılış) imtahanında ümumi balı 50-dən, Azərbaycan dili və ya rus dili fənni üzrə balı 20-dən və riyaziyyat fənni üzrə balı 10-dan az olmayan abituriyentlər buraxılırlar.

 

5 avqust saat 09:45-ə olan məlumata əsasən, ixtisas seçimi etmiş abituriyentlərin sayı aşağıdakı kimidir:

 

Azərbaycan bölməsi - 12927; rus bölməsi - 364; cəmi – 13291 nəfər.

 

Müsabiqəyə qeyd olunan vaxtadək ixtisas seçimi edib ərizəsini təsdiq etmiş abituriyentlər buraxılacaqlar.