Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-08-05 16:15:00
Müasir informasiya texnologiyalarının elmi-nəzəri əsasları tədqiq olunur

İnformasiya Texnologiyaları İnstitutunun Elmi şurasının növbəti iclasında şöbə müdiri dosent Bikəs Ağayev rəhbərlik etdiyi struktur bölmənin yarımillik hesabatını təqdim edib.

 

Bu barədə AzEdu.az-a institutdan məlumat verilib. B.Ağayev bildirib ki, 6 ay ərzində şöbədə rəqəmsal transformasiyalar və informasiya cəmiyyətinin formalaşmasının elmi-nəzəri əsaslarının araşdırılması və inkişaf etdirilməsi istiqamətində rəqəmsal dövlətin formalaşması və intellektuallaşdırılması problemləri üzrə bir sıra tədqiqatlar aparılıb. Şöbədə, həmçinin müasir informasiya texnologiyalarının elmi-nəzəri əsaslarının tədqiqi və inkişaf etdirilməsi istiqamətində Sənaye 4.0 platformasında kiberfiziki sistemlərin intellektual analizi və sintezi problemləri üzrə araşdırmalar aparılıb.

 

Sonra B.Ağayev 6 ay ərzində respublika və digər ölkələrin Ali Attestasiya Komissiyasının siyahısına daxil olan, eləcə də nüfuzlu beynəlxalq elmi bazalarda indeksləşən jurnallarda dərc olunan məqalələri diqqətə çatdırıb. O, şöbə əməkdaşlarının elmi-innovasiya, elmi-pedaqoji, elmi-təşkilati fəaliyyəti, elmi-texniki konfranslarda, seminarlarda və digər elmi tədbirlərdə iştirakı barədə də məlumat verib.

 

Daha sonra hesabata dair ətraflı fikir mübadiləsi aparılıb, suallar cavablandırılıb.

 

AMEA-nın vitse-prezidenti, institutun direktoru akademik Rasim Əliquliyev çıxış edərək şöbənin yarımillik hesabatı üzrə təklif və tövsiyələrini səsləndirib. Alim əməkdaşların elmi-nəzəri fəaliyyətinin daha da gücləndirilməsi ilə bağlı tapşırıqlar verib, aktual problemlərə dair elmi məqalələrin hazırlanmasının zəruriliyini vurğulayıb.