Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-08-05 16:58:00
8 yaşlı uşaq yaşadığı evin həyətində yanıb - YENİLƏNİB

Avqustun 3-də 2016-cı il təvəllüdlü şəxs yanıq xəsarəti ilə Nərimanov Tibb Mərkəzinin nəzdində fəaliyyət göstərən Yanıq Mərkəzinə hospitalizasiya olunub.

 

AzEdu.az-a TƏBİB-dən verilən məlumata əsasən  ona boynun, gövdənin ön səthinin, hər iki yuxarı ətrafların II və III dərəcəli termiki alov yanığı diaqnozları təyin edilib.

 

“Reanimasiya şöbəsində müalicəsi davam etdirilən uşağın vəziyyəti hazırda stabil ağır qiymətləndirilir”, - deyə qeyd edilib.

 

16:29

 

Sumqayıtda 8 yaşlı uşaq yanıb.

 

AzEdu.az xəbər verir ki, hadisə şəhərin Corat qəsəbəsində qeydə alınıb.

 

Qəsəbə sakini 2016-cı il təvəllüdlü Sevil Allahverdiyeva yaşadığı evin həyətində oynayarkən ipi yandırıb. Nəticədə yanan ipdən uşağa od düşüb. Valideynləri tərəfindən söndürülərək təcili xəstəxanaya çatdırılıb.

 

Hazırda azyaşlının müalicəsi Bakıda Yanıq Mərkəzində davam etdirilir.

 

Fakt araşdırılır.