Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-08-05 18:50:53
LDU ali təhsil müəssisələrinin sərgisində təmsil olunub

Lənkəran Dövlət Universiteti (LDU) Dövlət İmtahan Mərkəzinin təşkilatçılığı ilə 31 iyul-02 avqust tarixlərində keçirilən ali təhsil müəssisələrinin sərgisində təmsil olunub.

 

AzEdu.az xəbər verir ki, sərginin keçirilməsində məqsəd ixtisas seçimindən öncə abituriyentləri ali təhsil müəssisələrinin mövcud imkanları ilə tanış etmək və onların ixtisas seçiminin müəyyən olunmasına dəstək göstərmək olub. Ziyarətçilər sərgidə LDU nümayəndələri ilə birbaşa ünsiyyət quraraq ixtisaslar, tədris proqramları, maddi-texniki baza, təhsil haqqı, güzəştlər, təqaüd proqramları və digər məsələlərlə bağlı onları maraqlandıran suallara cavab tapmaq imkanı əldə ediblər.

 


Sərgi çərçivəsində əvvəlcədən təyin olunmuş zallarda və saatda LDU-nun abituriyentlər üçün daha geniş formada təqdimatı nümayiş etdirilib.

 

Qeyd edək ki, sərgidə ölkəmizdə fəaliyyət göstərən 40-a yaxın dövlət və özəl ali təhsil müəssisəsi, həmçinin müxtəlif qurumların stendləri yer alıb.