
Bu gün plan yerləri Dövlət İmtahan Mərkəzi tərəfindən "Abituriyent 4" jurnalı nəşr edildi.
Jurnalda bu ildən fəaliyyət göstərəcək universitetlərin plan yerləri də əksimi tapır.
AzEdu.az Türkiyə-Azərbaycan, eləcə də İtaliya-Azərbaycan universitetlərindəki plan yerlərini təqdim edir.
Türkiyə-Azərbaycan Universitetində kompüter mühəndisliyi (tədris ingilis dilində), qida mühəndisliyi və sənaye mühəndisliyi (tədris ingilis dilində) ixtisaslarının hər biri üzrə 30 plan yeri olmaqla ümumilikdə 90 tələbənin qəbulu planlaşdırılır. Qeyd edək ki, müsabiqə rus bölməsi ilə birgə aparılır
Kompüter mühəndisliyi ixtisası üzrə kadr hazırlığı İstanbul Texniki Universiteti ilə birgə, qida mühəndisliyi üzrə kadr hazırlığı Hacettəpə Universiteti ilə, sənaye mühəndisliyi üzrə kadr hazırlığı isə Orta Doğu Texniki Universiteti ilə ikili diplom proqramı əsasında aparılır.
Qeyd edək ki, Türkiyə-Azərbaycan Universitetində təhsil yalnız dövlət sifarişlidir.
İtaliya-Azərbaycan Universiteti (layihə ADA Universiteti tərəfindən həyata keçirilir)
Memarlıq (tədris ingilis dilində), qida mühəndisliyi (qida texnologiyaları, tədris ingilis dilində), aqronomluq (aqrar texnologiyalar, tədris ingilis dilində) və dizayn (interyer dizaynı, tədris ingilis dilində) ixtisasları üzrə qəbul aparılacaq.
Qeyd edək ki, bütün ixtisaslar üzrə təhsil haqqı 6000 manat təşkil edir.