Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-08-08 15:17:43
DİA-nın məzunu ABŞ-ın Con Hopkins Universitetinə qəbul olub

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının (DİA) məzunu Murad Əzimzadə “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı” çərçivəsində tam təqaüd qazanmaqla ABŞ-ın Con Hopkins Universitetində, “Whiting School of Engineering”də kompüter elmləri ixtisası üzrə magistratura səviyyəsinə qəbul olub.

 

Bu barədə AzEdu.az-a DİA-dan məlumat verilib.

 

M.Əzimzadə 2020-2024-cü illərdə Dövlət İdarəçilik Akademiyasının İnzibati idarəetmə fakültəsində kompüter elmləri ixtisası üzrə təhsil alıb və bakalavriat təhsilini fərqlənmə diplomu ilə bitirib.