Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-08-09 10:24:00
18 yaşlı qız küçədə döyülüb - YENİLƏNDİ

Avqustun 9 da gecə saatlarında Sabunçu rayonu ərazisində qadının bir qrup şəxs tərəfindən döyülməsilə bağlı polisə məlumat daxil olub.

 

AzEdu.az xəbər verir ki, bu barədə  Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

 

Bildirilib ki, əməli törədən şəxslərin müəyyən olunaraq məsuliyyətə cəlb olunması istiqamətində tədbirlər görülür.

 

08:58

 

Bakının Sabunçu rayonunda döyülmə hadisəsi baş verib.

 

AzEdu.az xəbər verir ki, hadisə Qanbay Vəzirov küçəsində qeydə alınıb.

 

Belə ki, 2006-cı il təvəllüdlü Hacızadə Ləman Zöhrab qızı küçədə içərisində orta yaşlı kişi və qadının olduğu bir qrup tərəfindən döyülüb.

 

18 yaşlı qız aldığı xəsarətlərlə Sabunçu Tibb Mərkəzinə yerləşdirilib.

 

Fakt araşdırılır.