Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-08-09 16:41:42
Şimşək çaxacaq, leysan olacaq, çaylardan daşqın və sel keçəcək - XƏBƏRDARLIQ

Avqustun 10-u gündüz dağlıq ərazilərdə, 11-13-də isə bəzi yerlərdə fasilələrlə yağış yağacağı, şimşək çaxacağı gözlənilir.

 

Bu barədə AzEdu.az Milli Hidormetereologiya Xidmətindən məlumat verilib.

 

Qeyd olunub ki, ayrı-ayrı yerlərdə (Qarabağ və Şərqi Zəngəzur, Daşkəsən-Gədəbəy, Qazax-Gəncə, Balakən-Şəki, Dağlıq Şirvan, Quba-Qusar, Mərkəzi Aran) leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var.

 

Çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimalı var.