
2024-08-10 09:45:15
Ailə qəzaya düşdü - 3 uşaq öldü - 6 yaralı var
Ötən gecə Zərdabda ağır yol qəzası baş verib.
AzEdu.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, hadisə saat 23 radələrində Kürdəmir - Zərdab yolunda baş verib.
Ağcəbədi rayon sakini Niyaməddin Quliyev idarə etdiyi “VGV U75 Plus” markalı avtomobillə hərəkətdə olan zaman idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq aşıb. Qəza zamanı nəqliyyat vasitəsində olan 2 nəfər hadisə yerində ölüb, sürücü və digər 6 nəfər sərnişin isə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Faktla bağlı Zərdab RPŞ-də araşdırmalar aparılır.
Əldə etdiyimiz məlumata görə, qəzaya düşən avtomobildəki 9 nəfər bir ailənin üzvü və yaxın qohumlar olub. Hadisə nəticəsində ölənlərdən biri sürücü N.Quliyevin 13 yaşlı qızı, digəri isə yaxın qohumu olan 4 yaşlı qızdır. Ancaq səhər saatlarında ağır xəsarətlər alan sürücü N.Quliyevin digər qızı da səhər saatlarında xəstəxanada vəfat edib.
Bu bölməyə aid digər xəbərlər
Günün havası - Yağış, dolu...
2024-09-12 08:30:00
BDU da “TələbəPlus” layihəsinə qoşuldu
2024-09-11 17:58:56
Yağış yağacaq, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
2024-09-11 15:37:12
Cəzaçəkmə müəssisələrində peşə təhsilinin keyfiyyəti yüksəldiləcək - SƏRƏNCAM
2024-09-11 15:20:47
Bakıda uşaq bağçasında təhlükəli vəziyyət
2024-09-11 15:05:12
Yeniyetmə özünü 17-ci mərtəbədən atıb
2024-09-11 13:47:40
Sabahın havası: 32 dərəcə isti olacaq
2024-09-11 13:24:20
11-ci sinif şagirdi intihar etdi
2024-09-11 10:35:55
Göygöldə qardaş qardaşı bıçaqlayıb
2024-09-11 10:16:50
İntihar etmiş tələbə ilə bağlı yeni DETALLAR
2024-09-11 10:10:51