
2024-08-12 09:53:59
Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecinə direktor təyin olunub
Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecinin yeni direktoru kollektivə təqdim olunub.
Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən AzEdu.az-a bildirilib ki, avqustun 9-da Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin müvafiq əmri ilə Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecinə direktor təyin olunmuş Ramil Vəliyev kollektivə təqdim edilib. Təqdimatda Agentliyin Ali və orta ixtisas təhsili müəssisələri ilə iş şöbəsinin müdiri Samir Həmidov və Kollecin inzibati və pedaqoji heyəti iştirak edib.
Qeyd edək ki, Ramil Vəliyev 1998-ci ildə Azərbaycan Texnologiya Universitetinin “Texnoloji maşınlar və avadanlıqlar” ixtisası üzrə bakalavriat səviyyəsini, 2000-ci ildə eyni ixtisas üzrə magistratura səviyyəsini bitirib. Hazırda həmin universitetdə doktorantura səviyyəsi üzrə təhsil alır.
R.Vəliyev bu təyinatadək 2002-ci ildən etibarən Azərbaycan Texnologiya Universitetində laboratoriya müdiri, baş müəllim, bölmə rəhbəri və dekan müavini vəzifələrində çalışıb.
Bu bölməyə aid digər xəbərlər
Günün havası - Yağış, dolu...
2024-09-12 08:30:00
BDU da “TələbəPlus” layihəsinə qoşuldu
2024-09-11 17:58:56
Yağış yağacaq, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
2024-09-11 15:37:12
Cəzaçəkmə müəssisələrində peşə təhsilinin keyfiyyəti yüksəldiləcək - SƏRƏNCAM
2024-09-11 15:20:47
Bakıda uşaq bağçasında təhlükəli vəziyyət
2024-09-11 15:05:12
Yeniyetmə özünü 17-ci mərtəbədən atıb
2024-09-11 13:47:40
Sabahın havası: 32 dərəcə isti olacaq
2024-09-11 13:24:20
11-ci sinif şagirdi intihar etdi
2024-09-11 10:35:55
Göygöldə qardaş qardaşı bıçaqlayıb
2024-09-11 10:16:50
İntihar etmiş tələbə ilə bağlı yeni DETALLAR
2024-09-11 10:10:51