
Xaricdə təhsillə bağlı Dövlət Proqramında dəyişikliklə bağlı ikinci məsələ say ilə bağlıdır. Əgər indiyə qədər Dövlət Proqramı çərçivəsində 400 nəfərədək gəncin təhsilini nəzərdə tutulurdusa, bu say 100 nəfər də artırılıb. Bundan sonra 500 nəfər Azərbaycan gənci xarici ölkələrin nüfuzlu universitetlərində ali təhsilin bütün səviyyələrində təhsil ala biləcəklər.
AzEdu.az xəbər verir ki, bu baradə elm və təhsil nazirinin müşaviri Nicat Məmmədli avqustun 12-də keçirilən brifinqdə söyləyib.
Xatırladaq ki, avqustun 12-də Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” Sərəncamında dəyişiklik edilib.