Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-08-12 15:48:35
Xaricdə pulsuz təhsil alacaq şəxslərin növbəti siyahısı yaxın günlərdə təsdiqlənəcək  

Xaricdə təhsilə dair Dövlət Proqramı çərçivəsində 2024-2025-ci tədris ili üzrə 295 gənc xaricdə təhsil almaq imkanı qazanıb.

 

AzEdu.az xəbər verir ki, bunu Dövlət Proqramı İdarəetmə Qrupunun rəhbəri Turan Topalova jurnalistlərə açıqlamasında deyib.

 

Onun sözlərinə görə, seçilənlərin 75%-i magistratura, 25%-i isə bakalavriat üzrə təhsil alacaq.

 

O qeyd edib ki, bundan əvvəl müsbət nəticə alan və gözləmə siyasında olan tələbələr də bu gün Dövlət Proqramına edilən dəyişikliklə təhsil alacaq 500-dək tələbənin sırasında yer ala bilər.

 

Onun sözlərinə görə, dövlət hesabına xaricdə təhsil alacaq şəxslərin növbəti siyahısı yaxın günlərdə təsdiqlənəcək.