Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-08-13 11:45:27
Deputatlığa ən gənc namizəd TƏLƏBƏDİR

Prezident İlham Əliyev sərəncamına əsasən, bu il sentyabrın 1-də Azərbaycan Milli Məclisinə növbədənkənar seçkilər keçiriləcək. Növbədənkənar seçkilərdə iştirak üçün 1052 nəfərin deputatlığa namizədliyi qeydə alınıb. Onlar 125 seçki dairəsində mübarizə aparacaqlar.

 

AzEdu.az Modern.az-a istinadən xəbər verir ki, artıq deputatlığa namizədlər arasında ən gənci müəyyənləşib.

Belə ki, namizədlər arasında ən gənci 2006-cı il təvəllüdlü Zəbulla Hüseynovdur. O tələbədir və 18 yaşı var. 

 

Zəbulla Hüseynov 65 saylı Salyan-Biləsuvar-Neftçala seçki dairəsində namizəd olub.