Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-08-14 14:22:07
Azərbaycan taekvondoçuları Özbəkistanda 4 medal qazanıblar

Azərbaycan taekvondoçuları Özbəkistanda keçirilən “Səmərqənd Open 2024” turnirində 4 medal qazanıblar.

 

AzEdu.az Taekvondo Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, 4 idmançı ilə təmsil olunan "Alpman" klubunun üzvlərindən Murad Həsənzadə (26 kq) və Sübhan Rzayev (38 kq) uşaqlar arasında keçirilən yarışda qızıl medala yiyələniblər.

 
 
 

Nigar Useynova (U-30) və Narin Həsənova (U-18) isə pumse üzrə yarışda gümüş medal əldə ediblər.

 

Qeyd edək ki, "Səmərqənd Open 2024" avqustun 13-də keçirilib.