
2024-08-16 13:50:45
Tibb mütəxəssislərinin sertifikasiyadan keçməli olduqları ixtisaslar müəyyən edilib
Bəzi tibb mütəxəssislərinin sertifikasiyadan keçməli olduqları ixtisaslar müəyyən edilib.
AzEdu.az xəbər verir ki, bu, səhiyyə naziri Teymur Musayevin müvafiq əmrində əksini tapıb.
Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda ixtisasdəyişmə ilə bağlı peşə hazırlığı kursu keçənlər şəhadətnamə, yaxud ali və ya ali ixtisas tibb təhsili diplomunda qeyd edilmiş ixtisasa uyğun olaraq sertifikasiyadan keçməlidirlər;
- Əsas (baza ali) tibb təhsilini müalicə işi (tibb), pediatriya ixtisası üzrə bitirmiş və 19.03.2018-ci il tarixinədək Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 23.07.2010-cu il tarixli 57 nömrəli əmri ilə təsdiq olunmuş baza ali tibb təhsilinə əsasən tutulmasına icazə verilən vəzifələrin siyahısına uyğun olaraq işə qəbul olunmuş və həmin vəzifədə işləyənlər sertifikasiyadan tutduqları vəzifəyə, yaxud ali və ya ali ixtisas tibb təhsili diplomunda qeyd edilmiş ixtisasa uyğun olaraq sertifikasiyadan keçməlidirlər;
- Əsas (baza ali) tibb təhsilini müalicə işi (tibb) ixtisası üzrə bitirmiş və fasiləsiz olaraq 5 ildən artıq müddətdə işləməyən şəxslər Ə.Əliyev adına Azərbaycan Dövlət HəkimləriTəkmilləşdirmə İnstitutunda müvafiq peşə hazırlığı kursu keçdikdən sonra “Tibb” ixtisası üzrə sertifikasiyadan keçməlidirlər;
- Əsas (baza ali) tibb təhsilini pediatriya ixtisası üzrə bitirmiş və fasiləsiz olaraq 5 ildən artıq müddətdə işləməyən şəxslər Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda müvafiq peşə hazırlığı kursu keçdikdən sonra pediatriya (baza) ixtisası üzrə sertifikasiyadan keçməlidirlər;
- Əsas (baza ali) tibb təhsilini stomatologiya ixtisası üzrə bitirmiş, internatura və ya rezidentura təhsili almamış şəxslər sertifikasiyadan stomatologiya (baza) ixtisası üzrə keçməlidirlər;
- “Funksional diaqnostika” ixtisası üzrə internatura hazırlığını kardiologiya şöbəsində funksional diaqnostika kabinetlərində (Elektrokardioqrafiya, Exokardioqrafiya) keçənlər – “Kardiologiya”, şüa diaqnostikası şöbələrində (ultrasəs müayinəsi, rentgen müayinəsi və s.) keçənlər isə “Şüa diaqnostikası” ixtisası üzrə sertifikasiyadan keçməlidirlər;
- Əsas (baza ali) tibb təhsilli təcili və təxirəsalınmaz tibbi yardım üzrə həkimlər “Tibb” ixtisası üzrə sertifikasiyadan keçməlidirlər.
Bu bölməyə aid digər xəbərlər
Günün havası - Yağış, dolu...
2024-09-12 08:30:00
BDU da “TələbəPlus” layihəsinə qoşuldu
2024-09-11 17:58:56
Yağış yağacaq, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
2024-09-11 15:37:12
Cəzaçəkmə müəssisələrində peşə təhsilinin keyfiyyəti yüksəldiləcək - SƏRƏNCAM
2024-09-11 15:20:47
Bakıda uşaq bağçasında təhlükəli vəziyyət
2024-09-11 15:05:12
Yeniyetmə özünü 17-ci mərtəbədən atıb
2024-09-11 13:47:40
Sabahın havası: 32 dərəcə isti olacaq
2024-09-11 13:24:20
11-ci sinif şagirdi intihar etdi
2024-09-11 10:35:55
Göygöldə qardaş qardaşı bıçaqlayıb
2024-09-11 10:16:50
İntihar etmiş tələbə ilə bağlı yeni DETALLAR
2024-09-11 10:10:51