Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-08-18 18:04:41
Bakıda oxatma üzrə ustad dərsləri keçirilib

 

Avqustun 23-25-də keçiriləcək Azərbaycan Kamandan Oxatma üzrə Ölkə Birinciliyi və Çempionatı ərəfəsində Bakıda ustad dərslərinə start verilib.

 

Azərbaycan Kamandan Oxatma Federasiyasından AzEdu.az-a verilən məlumatına görə, dərslər iki günlük nəzərdə tutulub. Avqustun 17-də "Sea Breeze" yaşayış kompleksində başlayan tədbir bu gün saat 19:00-dək davam edəcək.

 

Peşəkar idmançılar Əhməd Hüseynov və Fatimə Hüseynli kamandan oxatma idman növünə həvəs göstərənlərə sənətin sirlərini aşılayıblar.

 

Avqustun 23-25-də Bakıda peşəkar oxatanların iştirakı ilə Azərbaycan Kamandan Oxatma üzrə Ölkə Birinciliyi və Çempionatı keçiriləcək.