Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-08-19 16:27:00
Beyləqanda kanalda uşaq batıb - YENİLƏNDİ

Beyləqanda su kanalında batan uşağın kimliyi məlum olub.

 

AzEdu.az xəbər verir ki,  su kanalında batan uşağın 2015-ci il təvəllüdlü Yeni Mil qəsəbəsi sakini İbrahimov Əhməd Cahid oğlu olduğu bildirilir.

 

FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub.

 

Axtarışlar davam etdirilir.

 

15:16

Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Baş Mil kanalının Beyləqan rayonu, Yeni Mil qəsəbəsindən keçən hissəsində 1 nəfərin (uşaq) batması barədə məlumat daxil olub.

 

AzEdu.az FHN-ə istinadən xəbər verir ki, məlumatla əlaqədar FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar.

 

Əlavə məlumat veriləcək.