
Türkiyənin Bilkent Universitetinin iqtisadiyyat fakültəsinin bakalavr məzunu, Fransanın Tuluz İqtisad məktəbinin( Toulouse School of Economics) magistratura məzunu və hazırda dünyanın nüfuzlu Kaliforniya İrvine (University of California, Irvine) universitetində tam təqaüdlə doktorantura (PhD) təhsili alan Fikrət Valehli Phython kodlaşdırması ilə “futbol data analitikası” nı təqdim edəcək.
AzEdu.az xəbər verir ki, analiz klassik statistik və ekonmetrik metodların futbol datasına tətbiqi, eləcə də futbol oyununda hücumların uğurlu yekun zərbə ilə nəticələnmə ehtimalının yeni “ardıcıl analiz” metodu ilə hesablanmasına əsaslanır.
Fikrət Valehli Phython və statsbomb paketi ilə deskriptiv pas analizlərini və data vizualizasiyasını Bayer Leverkuzen komandasının matçları üzərindən aparıb.
Təqdimat formatında olacaq bu seminara maraqlanan hər kəs dəvətlidir.
Seminar 22 avqust saat 19.00-da Caspian plazada Lütfi zadə texnologiya mərkəzində baş tutacaq.