Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-08-21 10:19:53
Naxçıvanda ilk: Şagird sayı 500-dək  məktəblərə direktorların qəbulu keçiriləcək  

Naxçıvan Muxtar Respublikasında ilk dəfə ölkə üzrə mərkəzləşmiş qaydada müsabiqə yolu ilə şagird sayı 500-dək olan ümumtəhsil müəssisələri üzrə direktor vəzifəsinə işə qəbul həyata keçiriləcək.

 

AzEdu.az xəbər verir ki, bu gündən işə qəbulla bağlı sənəd qəbuluna başlanılır.

 

Proses avqustun 26-dək davam edəcək. Müraciət etmək istəyən şəxslər zəruri sənədləri iş günləri ərzində saat 10:00-dan 17:00-dək rayon (şəhər) Təhsil Şöbələrinə təqdim etməlidirlər.

 

Müsabiqədə iştirak üçün tələb olunan sənədlər aşağıdakılardır:

 

- kadrlar uçotunun şəxsi vərəqəsi;
- şəxsiyyəti təsdiq edən sənədin surəti;
- əmək kitabçasının surəti;
- ali təhsil haqqında sənədin və əlavəsinin surəti.

Namizədlər üçün tələblər:
- pedaqoji ixtisas üzrə ali təhsil;
- 5 ildən az olmayaraq pedaqoji staj (təhsilin təşkili və idarə olunması ixtisası üzrə elmi dərəcəsi və elmi adı olduqda 3 il);
- hazırda ümumi təhsil müəssisəsində pedaqoji fəaliyyət göstərməsi.

 

Qeyd edək ki, şagird sayı 150-dək olan ümumi təhsil müəssisələrinə direktor vəzifəsinə işə qəbul yalnız müsahibə yolu ilə, şagird sayı 151-500 aralığında olan ümumi təhsil müəssisələrinə direktor vəzifəsinə işə qəbul isə müsabiqə (test və müsahibə) yolu ilə ölkə üzrə mərkəzləşmiş qaydada Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən həyata keçiriləcək.