Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-08-21 12:36:30
Sabah 37 dərəcə isti olacaq - PROQNOZ

Avqustun 22-də gözlənilən hava şəraiti açıqlanıb.

 

AzEdu.az xəbər verir ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Cənub-şərq küləyi əsəcək.

 

Havanın temperaturu gecə 21-26° isti, gündüz 32-37° isti olacaq. Atmosfer təzyiqi 755 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 60-70 %, gündüz 45-55 % olacaq.

 

Azərbaycanın rayonlarında gün ərzində havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi dağlıq ərazilərdə zəif duman olacaq. Şərq küləyi əsəcək.

 

Havanın temperaturu gecə 20-25° isti, gündüz 32-37° isti, dağlarda gecə 13-18° isti, gündüz 20-25° isti olacaq.