Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-08-26 11:44:00
Bu səbəbə görə 600-dən çox bal toplayan 2 nəfər universitetə qəbul OLMADI

“İki nəfər 600-dən çox bal toplayan şəxs ali təhsil müəssisələrinə qəbul olmayıb”.

 

AzEdu.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) İdarə Heyətinin sədri Məleykə Abbaszadə ali təhsil müəssisələrinə qəbulun nəticələri ilə əlaqədar keçirdiyi mətbuat konfransında bildirib.

 

Onun sözlərinə görə, həmin şəxslərdən biri I ixtisas qrupu üzrə yalnız ödənişsiz əsasla bir yer - Bakı Ali Neft Məktəbini seçib və qəbul olmayıb:

 

“Digər şəxs isə III ixtisas qrupu üzrə olub. O da sırf Bakı Dövlət Universitetinin Hüquqşünaslıq ixtisasını ödənişsiz seçdiyi üçün qəbul ola bilməyib”.