Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-08-26 21:37:48
YAP növbəti dəfə möhtəşəm qələbə qazanmaq əzmindədir

2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təbliğat-təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası tərəfindən 56 saylı Şabran-Xaçmaz seçki dairəsi üzrə deputatlığa namizədliyi irəli sürülmüş Mahir Süleymanlının Şabran şəhərində ilk dəfə səs verəcək seçicilər ilə görüşü keçirilib.

 

AzEdu.az xəbər verir ki, görüşü giriş sözü ilə açan YAP Şabran rayon təşkilatının sədri Mehdi Balabəyov, ilk dəfə səs verəcək gəncləri bu tarixi prosesdə iştirakları münasibəti ilə təbrik edərək, gəncləri bu gün həm ictimai-siyasi həyatda, həm də seçki kompaniyasında daha fəal olmağa, ətrafdakıları da bu mühüm prosesə cəlb etməyə səsləyib və seçki günü bütün gəncləri seçki məntəqələrinə gələrək parlaq gələcəyə səs verməyə çağırıb. Mehdi Balabəyov, Azərbaycanda uğurlu gənclər siyasətinin həyata keçirildiyini, dövlətin məqsədyönlü tədbirlərinin əsəs hədəfi gənclərin inkişafı, onların kreativ bir qüvvə kimi ölkə həyatında fəal iştirakına əsaslı zəmin yaradacağını vurğulamışdır. Mehdi Balabəyov həmçinin qeyd edib ki, Ümummilli Lider Heydər Əliyevin qurub-yaratdığı müstəqil, demokratik Azərbaycan onun müəyyən etdiyi strateji xətlə inamla irəliləyir, inkişafını davam etdirir. Ulu Öndərin bu siyasi xəttini əzmlə irəli aparan isə onun layiqli davamçısı, Yeni Azərbaycan Partiyasının sədri Prezident cənab İlham Əliyevdir. Prezident İlham Əliyev həm ölkə Prezidenti, həm Ali Baş Komandan eyni zamanda Yeni Azərbaycan Partiyasının sədri kimi bütün fəaliyyətini Azərbaycan xalqının istəklərinə, arzularına və onun reallaşmasına yönəldibdir. Biz bu gün Azərbaycan xalqı özünün liderinin ətrafında sıx birləşərək, onun daha da yeni - yeni nailiyyətlər əldə edəcəyinə inanırıq. Mehdi Balabəyov 56 saylı Şabran-Xaçmaz seçki dairəsi üzrə deputatlığa namizədliyi irəli sürülmüş Mahir Süleymanlı haqqında seçicilərə məlumat verib.

 

Çıxış edən deputatlığa namizəd Mahir Süleymanlı əvvəlcə YAP-ın seçki platforması haqqında geniş və ətraflı məlumat verib. O qeyd edib ki, gənclər hər bir dövlətin gələcəyini, inkişafını istiqamətləndirən cəmiyyətin aparıcı qüvvəsidir. Azərbaycan gənclərinin günümüzün müasir, inkişaf etmiş, yüksək intellektli aparıcı qüvvə kimi formalaşmasında, birmənalı olaraq, dövlətimizin apardığı gənclər siyasətinin mühüm roludur. Seçkilərin azad, demokratik və şəffaf keçirilməsi üçün hər bir seçicinin, o cümlədən ilk dəfə səs verəcək gənclərin səsvermədə yüksək məsuliyyət nümayiş etdirməsi zəruridir. Namizəd Mahir Süleymanlı bildirib ki, cəmiyyətin avanqard siyasi qüvvəsi kimi Yeni Azərbaycan Partiyası xalqımızın qarşısında duran vəzifələrin yerinə yetirilməsinə özünün layiqli töhfəsini verib və bu siyasət bu gün də uğurla davam etdirilir. YAP öz səmərəli fəaliyyəti ilə Azərbaycanın inkişafına xüsusi töhfələr verir, ölkənin etibarlı gələcəyinin təmin olunmasında müstəsna rol oynayır. Bir sözlə, ulu öndər Heydər Əliyevin bildirdiyi kimi, Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır. Bu gün, Ümummilli Lider Heydər Əliyev dühasının məhsulu olan və müasir Azərbaycan dövlətçiliyinin qorunması və inkişafında misilsiz xidmətlərə imza atan Yeni Azərbaycan Partiyası öz Müzəffər Liderinin - Prezident İlham Əliyevin rəhbərliyi altında yeni tarixi vəzifələrin icrası prosesində böyük töhfələr verərək, böyük uğurlara imza atmışdır.

 

Mahir Süleymanlı çıxışında ilk dəfə səs verəcək seçiciləri parlament seçkilərində fəal iştirak etməyə çağıraraq qeyd etmişdir ki, Azərbaycan Respublikası Milli Məclisinə sentyabrın 1-də keçiriləcək növbədənkənar seçkilər xalqın Yeni Azərbaycan Partiyasına inamının növbəti ifadəsi, Heydər Əliyev yoluna sədaqətinin və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Zəfər yürüşünün davamına birmənalı dəstəyinin təsdiqi olacaqdır. O, deputat seçiləcəyi təqdirdə ona göstərilən inam və etimadı layiqincə doğrultmağa çalışacağına söz verib.  

 

Tədbirdə, həmçinin təşviqat qrupunun üzvü Zeynal Zeynalov və digərləri çıxış ediblər. Qeyd olunub ki, bu gün müstəqil Azərbaycanda gənclərin cəmiyyətdəki yeri və rolu, Cənab Prezidentin gənclərimizə olan diqqət və qayğısına ən bariz nümunə kimi son dövrlərdə ölkənin müxtəlif idarəetmə orqanlarında yüksək vəzifələrə, yüksək intelekt və nümunəvi savada, biliklərə malik olan gənclərin yerləşdirilməsindən ibarətdir. Zeynal Zeynalov həmçinin qarşıdan gələn seçkilərdə də gənclərin yaxından və fəal iştirak edəcəklərini, digər gənclərin də bu prosesə könüllü qismində cəlb olunması yönündə əllərindən gələni əsirgəməyəcəklərini qeyd etmişdir.

 

Çıxış edənlər uğurlarımızın və ölkəmizin inkişafının davamı naminə ilk dəfə səs verəcək seçiciləri parlament seçkilərində YAP-ın namizədinə səs verməyə çağırıblar.

 

Görüş zamanı çıxış edən seçicilər də 1 sentyabr seçkilərində YAP-ın namizədinə səs verəcəklərini əminliklə vurğulayıblar.