Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-08-27 12:41:31
TKTA: Diplom tanınması prosedurları ilə bağlı heç bir şirkətlə əməkdaşlıq etmirik

Diqqətinizə çatdırırıq ki, Təhsildə Keyfiyyət Təminatı Agentliyi xaricdə təhsil sahəsində, o cümlədən tanınma prosedurları ilə bağlı heç bir şirkətlə əməkdaşlıq etmir və bu şirkətlərin fəaliyyətlərinə görə heç bir məsuliyyət daşımır.

 

AzEdu.az xəbər verir ki, bu barədə Təhsildə Keyfiyyət Təminatı Agentliyi məlumat yayıb.

 

Qeyd edək ki, iddiaçılara hər hansı şirkət və ya şəxslər tərəfindən verilən vəd tanınma müddətində heç bir rol oynamır və belə hallarla rastlaşdığınız təqdirdə Təhsildə Keyfiyyət Təminatı Agentliyinin "Qaynar xətt” xidmətinə (146-8) və ya [email protected] ünvanına məlumat verməyiniz xahiş edilir.