
2024-08-28 10:10:25
Azərbaycan alimlərinin "Web of Science" bazasında tədqiqatlarının sayı artıb
Azərbaycan alimlərinin "Web of Science" bazasında tədqiqatlarının və onlara edilən istinadların sayı artıb.
Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən AzEdu.az-a bildirilib ki, 2018-2023-cü illər arasında beynəlxalq bazaya daxil olan jurnallarda Azərbaycan alimlərinə məxsus 8668 tədqiqat işi dərc olunub və dünya miqyasında digər tədqiqatçılar tərəfindən bu məqalələrə 65,927 dəfə (məqalələrin təxminən 57,28%-i) istinad edilib.
Sözügedən elmi məqalələrin 1765-i yüksək keyfiyyəti ilə səciyyələnərək Q1 kvartilli jurnallarda dərc olunub. Məqalələrin 88-i yüksək istinadlı məqalə statusuna sahib olaraq öz elm sahələrində ən çox istinad edilən ilk 1% arasındadır.
Qeyd edək ki, əvvəllki illərlə müqayisədə 2023-cü ildə bazada Azərbaycana məxsus məqalə sayında da artım müşahidə olunub. Belə ki 2022-ci ildə 309 məqalə dərc olunubsa, bu göstərici 2023-cü ildə 518-ə çatıb. Beynəlxalq əməkdaşlıq nəticəsində xarici həmmüəllifli məqalələr 2018-ci ildə ümumi məqalə sayının 44,87%-ni təşkil etdiyi halda, 2023-cü ildə bu rəqəm 55,45%-ə, 2024-cü ildə isə 68,3%-ə çatıb. Bu, Azərbaycan tədqiqatçılarının beynəlxalq tərəfdaşlarla əməkdaşlığa meylinin artdığını göstərir.
Ümumilikdə, 2023-cü ildə tədqiqat məhsuldarlığında və keyfiyyətində artım müşahidə olunub və bu həm nəşrlərin ümumi sayında, həm də Q1 kvartilli jurnalarda dərc olunan işlərin sayında nəzərə çarpıb.
Mənbə: Clarivate Incites https://incites.clarivate.com/#/analysis/0/region
Bu bölməyə aid digər xəbərlər
Günün havası - Yağış, dolu...
2024-09-12 08:30:00
BDU da “TələbəPlus” layihəsinə qoşuldu
2024-09-11 17:58:56
Yağış yağacaq, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
2024-09-11 15:37:12
Cəzaçəkmə müəssisələrində peşə təhsilinin keyfiyyəti yüksəldiləcək - SƏRƏNCAM
2024-09-11 15:20:47
Bakıda uşaq bağçasında təhlükəli vəziyyət
2024-09-11 15:05:12
Yeniyetmə özünü 17-ci mərtəbədən atıb
2024-09-11 13:47:40
Sabahın havası: 32 dərəcə isti olacaq
2024-09-11 13:24:20
11-ci sinif şagirdi intihar etdi
2024-09-11 10:35:55
Göygöldə qardaş qardaşı bıçaqlayıb
2024-09-11 10:16:50
İntihar etmiş tələbə ilə bağlı yeni DETALLAR
2024-09-11 10:10:51