Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-09-01 14:07:33
17 yaşlı qız itkin düşdü - Ailəsi oğurlandığını iddia edir

Bakıda 17 yaşlı Şaymuradova Sevda Marat qızı itkin düşüb.

 

AzEdu.az “Qafqazinfo”-ya istinadən xəbər verir ki, bu barədə 1news.az-a onun yaxınları məlumat verib.

 

Bildirilib ki, Sevda evdən “Hədəf” kurslarına getmək adı ilə çıxıb və mənzil başına çatması barədə nənəsinə ismarıc yazıb: “Lakin birdən-birə anasının nömrəsinə mesaj göndərib. Deyib ki, onlarla yaşamaq istəmir və evdən getmək üçün pul yığırdı”.

 

Ailəsi yazılan ismarıcı psixoloq və psixiatrlara göstərib və onlar bunun uşaq tərəfindən yazılmadığını söyləyiblər: “Çox güman, uşağı oğurlayıblar və onun adından ismarıc yazıblar”.

 

Sevdanın ailəsi onun itkin düşməsi barədə Nəsimi Rayon Polis İdarəsinin 19-cu polis bölməsinə müraciət edib.

 

Həmçinin bildirilib ki, qızın şəxsiyyət vəsiqəsində adı Sevda olsa da, hamı onu Xədicə kimi tanıyır: “Oğurlanmasında bir nəfərdən şübhələnirik. İstintaqın nəticəsini gözləyəcəyik”.

 

 Daxili İşlər Nazirliyindən verilən məlumat verilib. 

“İtkin düşmə ilə bağlı axtarışa elan edilən şəxsin tapılaraq aidiyyəti üzrə təhvil verilməsi istiqamətində tədbirlər görülür”.