Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-09-02 12:29:30
Ən gənc namizəd 95 səs topladı: "İçdən-içə hiss edirdim ki..."

Azərbaycan Parlament seçkilərində iştirak edən ən gənc namizəd Zəbulla Hüseynov seçkilərdə uğur qazana bilməyib. O, 95 saylı Salyan-Biləsuvar-Neftçala seçki dairəsində namizəd idi və cəmi 95 səs toplayıb.

 

Sözügedən dairədə lider namizəd Ana Vətən Partiyasının sədri Fəzail Ağamalının qızı Günay Ağamalıdır. 

 

AzEdu.az xəbər verir ki, mövzu ilə bağlı Modern.az-a danışan gənc namizəd bildirib ki, uğur qazana bilməsə də ruhdan düşməyib:

 

“Bu mənim üçün başlanğıc idi. Bundan sonrakı Parlament seçkilərində də iştirak edəcəyəm. Düşünürəm ki, növbəti dəfə daha yaxşı nəticə əldə edə biləcəyəm”.

 

Z.Hüseynov seçkilərdə qalib gələn rəqibi Günay Ağamalıya deputatlıq fəaliyyətində uğurlar arzuladığını qeyd edib:

 

“Xalq öz seçimini etdi. Nə yalan deyim, mən özüm belə içdən-içə Günay xanımın seçiləcəyini hiss edirdim. Özüm namizəd olaraq qatılmasaydım, sona qədər onu dəstəkləyərdim”.