Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-09-02 15:54:46
MDU-da yüksək balla qəbul olunmuş bacılarla görüş keçirilib  

Sentyabrın 2-də Mingəçevir Dövlət Universitetində (MDU) yüksək bal toplayaraq qəbul olunmuş bacılar – Mətanət Behbudlu və Mədinə Behbudlu, həmçinin onların valideynləri ilə görüş keçirilib.

 

Mətanət Behbudlu qəbul imtahanında 628 bal toplayaraq MDU-nun “Riyaziyyat müəllimliyi” ixtisasına, Mədinə Behbudlu isə 504,7 bal toplayaraq “Dil və ədəbiyyatı müəllimliyi (dillər üzrə)” ixtisasına qəbul olunub.

 

MDU-dan AzEdu.az-a bildirilib ki, görüş zamanı MDU-nun rektor vəzifəsini müvəqqəti icra edən, Tədris məsələləri üzrə prorektoru Üzeyir Zeynalov tələbələri bu yüksək nailiyyətə görə təbrik edərək, MDU-da təhsillərinə uğurla başlamaqlarını arzulayıb.

 

Prorektor Üzeyir Zeynalov tələbələrin seçimlərini yüksək qiymətləndirərək, onlara öz potensiallarını tam şəkildə reallaşdırmaq üçün MDU-nun akademik və sosial imkanlarından faydalanmağı tövsiyə edib. Görüşdə tələbələrin valideynləri də iştirak edib və övladlarının bu uğuruna görə qürur duyduqlarını bildiriblər.

 

Qeyd edək ki, cari tədris ilində MDU-ya qəbul olunmuş 500-dən yuxarı bal toplayan tələbələrin sayı 16 nəfərdir. Bu tələbələr arasında 4 nəfər 600-dən yüksək bal toplayıb. MDU-ya qəbul olunmuş və 500-dən yuxarı bal toplamış bütün tələbələrə birdəfəlik təqaüd təqdim olunacaq. MDU-nun qəbul planı isə 2024/2025-ci tədris ili üçün 90 faizdən çox dolub.