
2018-11-11 22:21:00
Alimlər stressi azaltmağın yollarını göstərdi
Alimlər stressi insanın sağlamlığı üçün ən ziyanlı amillərdən biri kimi qiymətləndirirlər. AzEdu.az unikal.org-a istinadən xəbər verir ki, uzunmüddətli stress orqanizmə məhvedici təsir edir. Stress ürək-damar, sinir, mədə-bağırsaq, endokrin kimi orqanizmin əsas sistemlərinə çox mənfi təsir edir, orqanizmdə olan tarazlığı pozur.
Bu səbəbdən streslə mütləq mübarizə aparmaq lazımdır. Bunun üçün aşağıdakı üsullar köməyinizə gələ bilər:
- Saqqız çeynəyin. Alimlər sübut edirlər ki, çeynəmə hərəkətləri stressin azalmasına kömək edir.
- Musiqiyə qulaq asın. Yeniyetmələr arasında aparılmış araşdırmalar sübut edib ki, musiqi stresin xeyli azalmasına və əhval-ruhiyyənin yaxşılaşmasına kömək edir.
- Efir yağlarını iyləyin. Lavanda, portağal, qızılgül, vanil efir yağları insanı sakitləşdirir, stresin azalmasına kömək edir.
- Düzgün nəfəs alın. Stress zamanı insan tez-tez qeyri-sabit nəfəs alır. Bu da həyəcanı, qorxunu, stresi artırır. Adi düzgün nəfəsalma insanı sakitləşdirə bilər. Bunun üçün düz oturun, burnunuzla asta və dərin nəfəs alın. Döş qəfəsinin hərəkətlərinə fikir verin. Bunu 10-15 dəfə edin.
- Fiziki işlə və ya idmanla məşğul olun. Bir çox qadınlar etiraf edə bilərlər ki, stress zamanı ev işləri ilə məşğul olduqda stresin azalmasını hiss edirlər. Kişilər bu məqsədlə idman zalına gedə bilərlər.
Bu bölməyə aid digər xəbərlər
Günün havası - Yağış, dolu...
2024-09-12 08:30:00
BDU da “TələbəPlus” layihəsinə qoşuldu
2024-09-11 17:58:56
Yağış yağacaq, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
2024-09-11 15:37:12
Cəzaçəkmə müəssisələrində peşə təhsilinin keyfiyyəti yüksəldiləcək - SƏRƏNCAM
2024-09-11 15:20:47
Bakıda uşaq bağçasında təhlükəli vəziyyət
2024-09-11 15:05:12
Yeniyetmə özünü 17-ci mərtəbədən atıb
2024-09-11 13:47:40
Sabahın havası: 32 dərəcə isti olacaq
2024-09-11 13:24:20
11-ci sinif şagirdi intihar etdi
2024-09-11 10:35:55
Göygöldə qardaş qardaşı bıçaqlayıb
2024-09-11 10:16:50
İntihar etmiş tələbə ilə bağlı yeni DETALLAR
2024-09-11 10:10:51