Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-09-09 12:36:04
Doğum səviyyəsi tarixi minimuma düşüb

Rusiyada doğum səviyyəsi tarixi minimuma düşüb.

 

AzEdu.az xəbər verir ki, bu barədə Rusiya Federal Statistika Xidməti-Rosstat məlumat yayıb.

 

Bildirilib ki, 2024-cü ilin birinci yarısında 599,6 min uşaq doğulub ki, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 16,6 min uşaq azdır.

 

2023-cü ildə doğum səviyyəsi 1999-cu ildən bəri ən aşağı rekord həddə çatıb.

 

Bu yayın əvvəlində yeni doğulanların sayı 6% azalaraq 98,6 min olub. Bu, rekord göstəricidir, çünki bu rəqəm heç vaxt 100 mindən aşağı düşməyib. 2024-cü ilin birinci yarısında əhalinin təbii azalması da artıb - bu, 321,5 min nəfər təşkil edib ki, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 49 min nəfər çoxdur.