
AzEdu.az “Kitab çantası” rubrikasını davam etdirir.
Rubrikanın məqsədi oxucuları cəmiyyətə bəlli olan, məşhur şəxslərin seçdiyi kitablarla tanış etmək, onlardas mütaliə vərdişləri daha da gücləndirməkdir.
Oxumaq düşüncəni inkişaf etdirən və tezləşdirən əsas qaynaqlardan biridir. Bəzən dahi şəxslərə sual verilib: Əgər kimsəsiz adaya, getsəniz özünüzlə hansı kitabları götürərsiniz?
Cavablar isə çox müxtəlif olub... Hər kəs özünün “Kitab çantasında” olacaq tamam başqa ədəbiyyatların adını çəkib, kimsəsiz bir diyara gedəndə məhz onları aparacağını deyib.
Rubrikamızın budəfəki qonağı telejurnalist, Azvision.az saytının baş redaktoru Vüsal Məmmədovdur.
Görək , onun “kitab çantası”nda nə var:
- Viktor Hüqo-“Səfillər”;
- Mixail Bulqakov-“Master və Marqarita”;
- Corc Oruell-“Heyvanıstan”;
- İlf və Petrov-“12 stul” , “Qızıl dana”;5.İsa Hüseynov-“Məşhər”;
- Mirzə Fətəli Axundov-“Kəmalüddövlə məktubları”;
- Çingiz Aytmatov -“Dəniz kənarıyla qaçan alabaş”;
- Anar-“Otel otağı”;
- Ernst Heminquey-“Qoca və dəniz”;
- “Kitabi Dədə Qorqud”.
Vüsal Məmmədov əlavə olaraq qeyd edib ki, bu kitablar cavabladığı andakı ovqatından doğan siyahıdır.