Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-11-24 15:40:00
İntellekt testlərinin tarixi və barələrində maraqlı faktlar – Elm tarixi

Hazırda  Almaniyada  çalışan soydaşımız Pərviz Əmiraslanov intellekt testləri barəsində özünün şəxsi facebook səhifəsində maraqlı status yazıb.

AzEdu.az bu status-məqaləni oxuculara təqdim edir:

Fransız psixoloqu  və  psixometriyanın banisi  olan  Alfred  Binet  110 il əvvəl ilk dəfə intellekt testini icad etdi. Məsələn, o, öyrənmə qabiliyyəti zəif  olan şagirdlərin intellektini yoxlamaq üçün, həmin şagirdlərə cümlələri oxuduqdan sonra təkrar etdirir, şeirlər oxudur  və pulları əzbərlədirdi.

Bu, ilk ciddi  test olub. O zamandan bəri tədqiqatçılar yüzdən çox  test üsulları düşünüblər. Ancaq bunlar əslində nə ölçüləcək kriteriyaya sahibdir, nə də mütləq formulu (baxmayaraq ki, bir çox bu haqda kifayət qədər araşdırmalar vardır) vardır.  Belə  intellekt testləri hələ də  mübahisəlidir.

Tədqiqatçılar yalnız insanlarda xüsusilə ifadə olunan bir şey olduğunu qəbul etdilər.

Gələcəyini planlaşdıran, kompleks problemləri həll edən və hərəkətlərin nəticələrini öncədən hesablayan intellektdir. Tədqiqatçıların ən sadə fikri, bu bacarıqların yalnız bir ölçülə bilən amilə salınmasıdır. Yəni intellekt  faktoru nə qədər yüksək olarsa, bütün nizam üzrə nəticənin yüksək ehtimallı olmağı qaçılmazdır kimi düşüncə var idi.

Amma, Luis  Thurstoneyə görə intellekt bir neçə müstəqil faktora əsaslanır. Yalnız daha az ağıllı  insan yox, hər birinin güclü və zəif cəhətləri  vardır. Məsələn, bəzilərinin yaxşı bir yaddaşa sahib olduqlarını görə bilərik, digərləri isə başqa kateqoriyaya görə daha qabiliyyətli ola bilər. 1938-ci ildə Luis Thurstone testlərin nəticələrinə əsasən belə Postular irəli sürür ki, yeddi ilkin qabiliyyət İntellekti tamamlayır:

- şifahi anlama
- şifahi söz axıcılığı
- mühakimə bacarığı
- məkan təsəvvürü (xəyal gücü)
- kəskin yaddaş
- hesablama gücü
- hissetmə sürəti.

Buna baxmayaraq, hazırda Harvard Universitetindən bir neçə professoru yeni test üsulları təklif  etsələr də, yuxarıda göstərilən  7 parametrli  testlər daha  qəbul ediləndir.


Onu da qeyd edim ki, Thurstone ABŞ  psixoloqu və mühəndisidir. Onun gözəl Həndəsə biliyi olub  və məhz buna görə mütləq mühəndis olmağa qərar veribmiş. Maraqlı sintez vardır : Psixologiya + Mühəndislik... Burada məncə Fəlsəfəyə də yer verilməli idi, ola bilsin fəlsəfi əsərləri də olub.