Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-12-01 14:21:00
Alimlər məşhur piramidanın inşa üsullarını açıqladı- Xeops texnologiyası 

Arxeoloqlardan ibarət beynəlxalq qrup Xatnuba karyerində iri daş blokların qaldırılması üçün istifadə edilən pandus izləri aşkar edib.

AzEdu.az  "ölkə.az"-a istinadən bildirir ki, qədim misirlilər ərazidə kirəc çıxarırdılar. Pandusun izləri 4.5 min il əvvələ aiddir. Alimlərin sözlərinə görə, bu qurğular piramidaların inşasında istifadə edilib.

Fransanın Şərqi Arxeologiya institunun alimləri və İngiltərənin Liverpul universitetinin arxeoloqları rampa izlərini Xatnuba karyerində, Luksordan şimaldakı Ərəb səhrasında tapıblar.

Qədim misirlilər kirəc və əhəngdən heykəl, sərdabə aksessuarları, sarkofaq, qab-qacaq hazırlayırdılar. Alimlər əvvəllər misirlilərin ağır əhəng bloklarını tikinti meydançasına necə qaldırdıqlarını bilmirdilər. Ehtimal edilirdi ki, onlar bu iş üçün rampadan istifadə ediblər. Amma bu günə qədər də bu hipotezi sübut edəcək rampa tapılmamışdı.

"Bizim aşkar etdiyimiz sistem mərkəzi rampadan ibarətdir. Hər iki tərəfində pilləkən və ağac dirəklər üçün çoxsaylı dəliklər var. Misirlilər kəndirlərin köməyi ilə daşları 20 dərəcə bucaq altında rampanın üzərinə qaldırırdılar", - deyə ekspedisiyanın rəhbəri Yannis Qurdon deyib.

Alimlərin sözlərinə əsasən, bu sistem əhəng daşından inşa edilən piramidalarda da istifadə edilib. Piramidanın ölçüsünə görə rampa qurulur və fəhlələr  daş blokları yuxarı daşıyırdılar.

Qurdon qeyd edib ki, rampa ən azı firon Xeopsun hakimiyyət dövrünə aiddir.