Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-12-02 10:33:00
NASA yeni ekzoplanet kəşf edib  

ABŞ-ın Milli Aeronavtika və Kosmik Tədqiqatlar Agentliyinin (NASA) əməkdaşları Tranzit Ekzoplaneti Müşahidə Teleskopunun (TESS) yardımı ilə "Qızmar Yupiter" ekzoplanetini kəşf ediblər.

AzEdu.az-ın məlumatına görə, yeni tapılmış planet Yer kürəsindən 646 işıq ili uzaqlıqdadır və Yupiterdən təxminən 1,44 dəfə daha böyükdür. Məlumata görə, o, F-tipli HD 2685 ulduzu ətrafında fırlanır.

Qeyd edilir ki, sözügedən planetdəki temperatur 1800 dərəcədir.