Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-12-17 22:06:00
Görkəmli alimin xatirəsi anıldı

Bu gün Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) görkəmli alim və hərbi xadim, kosmik proqramların gerçəkləşdirilməsinin fəal iştirakçısı, Azərbaycan Milli Elmlər Akademiyasının fəxri üzvü, general-leytenant Kərim Kərimovun 100 illik yubileyinə həsr olunan tədbir keçirilib. ADNSU-dan AzEdu.az-a bildiriblər ki, tədbirdə tədris işləri üzrə prorektor, dosent Qasım Məmmədov məşhur alim-mühəndis, sovet kosmonavtikasının banilərindən biri olmuş K.Kərimovun həyat və fəaliyyətindən danışıb.

Oxu Akademiyasının rəhbəri Səməd Vəkilov general-leytenantın sovet dövründə mühüm strateji sahəyə rəhbərliyindən, kosmik sahədəki əvəzsiz xidmətlərindən, onun araşdırmaları sayəsində əldə olunan elmi-texniki nəticələrin kosmik sənayedə tətbiqindən bəhs edib və alimin ömür yolunun tələbələrə örnək olduğunu vurğulayıb.

Sonra K.Kərimov haqqında videotəqdimat olub.