Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-12-22 12:07:00
Məşhur musiqiçinin 15 yaşındakı qiymət cədvəli-“Enerjisini yersiz yerə xərcləyir”

1956-cı ildə John Lennon evə qanı qara formada,  qiymət cədvəli ilə gəlir. Ağıllı, amma dəcəl uşağa verilən bu qiymət cədvəli məktəblər haqqında çox düşünməyimiz lazım olduğunu göstərir.

AzEdu.az  xarici mediaya istinadən musiqi tarixinə öz damğasını vuran musiqiçi, şairin qiymət cədvəlini təqdim edir. Onun qiymət cədvəlində müəllimlərin bu qeydləri yazılıb:

Fransız dili müəllimi: “Bir az da diqqətini toplamağı bacarsa, sinfin ən ağıllı uşağı ola bilər”.

Riyaziyyat müəllimi: “Əgər belə davam etsə, uğursuz olacaq”.

Fizika müəllimi: “Dərslərə maraq göstərməyə heç cəhd belə etmir. Bacarıqlarını istifadə etmək əvəzinə, düşüncələrə dalmağı seçir”.

Din müəllimi: “Sinifdəki rəftarı qeyri-kafidir”.

Sinif rəhbəri: “Çox yanlış həvəsləri var, enerjisini yersiz yerə xərcləyir”.