Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-12-27 23:21:00
Türk əsilli alimi Kolumbiyada zəhərlədilər

Kolumbiyada Kanada vətəndaşı türk əsilli professor Ramazan Gençayın müvəqqəti qaldığı mənzildə meyiti tapılıb. AzEdu.az Axar.az-a istinadən xəbər verir ki, konfransda iştirakdan dolayı Medellin şəhərinə gedən professordan 6 dekabrdan bəri xəbər almaq mümkün olmurdu.

Gençayın sonuncu dəfə rəqs klublarından birinin təhlükəsizlik kamerasına düşdüyü və bir neçə şübhəli şəxsin onu izlədiyi müəyyən edilib.

İlkin araşdırma zamanı professorun zəhərləndirildiyi bildirilib.