Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-12-31 17:00:00
Təhsil naziri: Sübut etsinlər, istefa verim...

İraqın Təhsil naziri Şeyma Hiyali qardaşının İŞİD terror qruplaşmasına üzv olmasına dair iddialara münasibət bildirib.

AzEdu.az xəbər verir ki, Mosul əhalisinin təhdid edilərək İŞİD-ə cəlb olunduğunu bildirən nazir bunlar sırasında qardaşının da olduğunu söyləyib.

“Qruplaşma qardaşımı digərləri kimi açıqlama verməyə də məcbur etdi, ancaq qardaşım əlinə silah alıb heç bir iraqlını öldürmədi”, - nazir bildirib.

Şeyma Hiyali həmçinin İŞİD-lə əlaqəsinin sübut ediləcəyi təqdirdə istefaya hazır olduğunu qeyd edib. (Axar.az)